Dəniz daşıması
Tarix boyu su nəqliyyatı ən böyük yük daşıyıcısı olaraq mövcud olmuşdur. Sərnişinlər üçün hava nəqliyyatından dolayı,
dəniz nəqliyyatının əhəmiyyətinin illər boyu azalmağına baxmayaraq, bu nəqliyyat növü kiçik turlar və səyahətlər üçün əlverişli nəqliyyat vasitəsi olaraq qalır. Daima məzənnədə olan dəyişikliklərə baxmayaraq, su nəqliyyatı ümumilikdə hava nəqliyyatından daha ucuz hesab olunur.
Dəniz nəqliyyatı gəmi, qayıq və ya borjlarla okeanlarda, dənizlərdə, çay, göl və kanallarda həyata keçirilə bilər. Daşınma kommersiya, istirahət və hərbi məqsədlə üçün həyata keçirilə bilər. Daxili su nəqliyyatı bu gün o qədər də istifadə olunmamasina baxmayaraq, dünyanın bir çox su yolları, o cümlədən bir çox kanallar dünya iqtisadiyyatında önəmli yer tuturlar. Su yolu ilə demək olar ki, əksəriyyət yükləri daşımaq mümkündür, amma bəzi tez xarab olan yüklərin çatdırılmasında zaman məhdudiyyəti olduğuna görə, dəniz nəqliyyatı əlverişli hesab olunmur. Buna baxmayaraq, su nəqliyyatı, trans-okean istehlak yükləri kimi malların daşınmasında, xüsusən də ağır tonnajlı yüklərin və ya kömür, koks,
dəmir filizi və buğda kimi ovalanan yüklərin planlanmış nəqliyyatında, sərfəli requlyar konveyer rolunu oynayır. Təsadüfi deyil ki, sənaye inqilabı daha sürətlə ucuz dəniz nəqliyyatının inkişaf etdiyi və daşınmaların daha az xərclə həyata keçirilə bildiyi ərazilərdə müşahidə olunmuşdur.
Konteynerləşdirmə intermodal konteynerlərdən istifadə edərək intermodal yük daşıma sistemidir. Konteynerlər poladdan hazırlanır və konteynerlərin standart ölçüləri olur. Onları yükləmək, yüklərini boşaltmaq, sıralamaq, uzun məsafələrə rahatlıqla daşımaq və bir nəqliyyat növündən digərinə əl dəymədən ötürmək (konteyner gəmiləri, yük maşınları, yük qatarları) mümkündür. Konteynerlər kompyuterləşmiş sistem vasitəsilə nömrələnir və sıralanır, onların bir yerdən başqa yerə aparılmasında isə yalnız qaldırıcı kranlar və forkliftlərdən istifadə olunur.