Dəmiryol daşımaları

Dəmiryolu nəqliyyatı dedikdə, yük daşımaları üçün dəmir yolu xətlərindən və yük qatalarından istifadə olunma anlamına gəlir. rail-cargoYük qatarı və ya mal qatarı, özündə, logistik zəncirin çərçivəsində təklif olunan çatdırılma məntəqəsinə və müqavilə əsasında yükləri malgöndərən və malalan arasında, yolun hamısını və ya bir hissəsini, dəmiryolu vasitəsilə bir və ya bir neçə lakomativlə daşınmasını nəzərdə tutan, yük vaqonları qruppasını ifadə edir. Qatarların, ovalanan matrialları, intermodal konteynerləri, ümumi yükləri və ya xüsusi təyinatlı vaqonlarda xüsusi yüləri daşımaq imkanı vardır. Dəmir yolu nəqliyyatının təcrübəsi və səmərəliliyi ölkə və bölgəyə görə dəyişir. Dəmir yolu nəqliyyatı, ton-mil və ya ton-kilometr göstəricisinə nəzərən sərf edilmiş enerji sərfiyyatına görə digər nəqliyyat vasitələri ilə müqayisədə, daha səmərəli nəqliyyat vasitəsidir. Maksimal səmərəliliyi, kütləvi yüklərin (məsələn, kömür) daşınmasında, xüsusən də uzun məsafələrə daşınmasında, müşahidə etmək mümkündür. Bununla belə, dəmir yolu ilə daşınma avtomagistral (quru) daşımada olduğu qədər çevik deyildir ki, bu da nəticədə,  yüklərin daşınmasında  hətta uzun məsafələr üçün yük avtomobillərinin istifadə olunmasına gətirib çıxarır.

Hopyer

Dəmir yolu ilə yüklərin daşınması, xüsusilə malgöndərənin və ya malalanın birbaşa dəmiryol nəqliyyatı çıxışı olmadığı halda, əlavə olaraq yükləmə-boşaltma xərclərinin yaranmasına səbəb olur. Bu xərclər qatarın özünün istismarı xərclərini aşa bilər, bu səbəbdən praktikada konteynerdən istifadə olunması bu çür xərclərin minimuma endirməsi məqsədi daşıyır.

Azərbaycan və Gürcüstan üzərindən dəmir yolu tranzit daşımalarına ən münasib qiymətlər təklif edirik. İstənilən ölkədən dəmir yolu daşınmasını sizə təklif edə bilərik. REDBRIDGE TRANS istənilən tipli, həcmli, ağırlıqlı, qabaritli və qabaritsiz, təhlükəli yüklərin dəmiryolu vasitəsi ilə ölkədaxili və beynəlxalq daşımalarını təşkil edir.