Hava daşıması

Ilkin illərdə

Aviapoçtun yüklənməsi, 1930-cu ilin sonları, Detroyt

İlk yük təyyarəsilə daşıma 7 noyabr 1910-cu ildə ABŞ-da, Ohayo ştatının Dayton və Columbus şəhərləri arasında keçirildi. Philip Orin Parmelee bir mağazanın açılışına 200 funtluq ipək paketini çatdırmaq üçün  Wright Model B təyyarəsini, 65 mil (105 km) uçmaqla sınaqdan keçirdi. Qəzetlər Rayt qardaşlarını sistat gətirərək yazırdılar ki, uçuşun 66 dəqiqə sürməsinə baxmayaraq, rəsmi qeydiyyatda o vaxtın srət rekordu olaraq 57 dəqiqə qeydə alınmışdır. Bu yalnız yük daşımaları üçün nəzərdə tutulan ilk reys idi. Müştəri tərəfində sifarış olunan ilk uçuş və multimodal daşımanın ilk nümunəsi, belə ki, yük Kolumbus aerodromundan mağazaya avtomobillə çatdırılmışdı. 18 fevral 1911-ci ildə Britaniya Hindistanının, Birləşmiş əyalətləri olan Aqra və Udxdə böyük sərgidə dünyada ilk rəsmi hava daşıması baş tutmuşdur.

20-ci illərin əvvəllərində hava daşıması sürətlə inkişaf etməyə başladı, çünki çoxsaylı sahibkarlar anladılar ki, baha qiymətlə kiçik kütləli yükləri dəmiryolu və dəniz daşımasına nisbətən, çox sürətlə daşımaq mümkündür. İlk requlyar reys Londonla Paris arasında 1919-cu ildə bir sərnişinlə baş tutmuşdur, amma ayaqqabı istehsalçısı üçün dəri və restoran üçün kəklik daşınmışdır.         Kinofilmlər də çox sıx partiyalarla göndərilirdi. İlk xəbərlər buraxılışı kopyalanmaq üçün mərkəzi labaratoriyaya çatdırılır, oradan da hava ilə bütün Avropaya kinoteatrlarda nümayiş olunma üçün yayılırdı.

 

Müasir hava daşıması

air1

Sənayenin canlamasına görə geniş vüsət alan ümidlərə baxmayaraq hava fraxtı onilliklər ərzində gözlənilən kimi özünü doğrultmadı və ümumi hava nəqliyyatının kiçik bir hissəsi kimi qaldı.

Müharibədən sonrakı ilk beş onilliklərin əksər hissəsində yük daşıyıcılarının əksəriyyəti, ixtisaslaşdırılmış yük aviaşirkətləri olmasına baxmayaraq həmişə bu xidmətə ikinci dərəcəli fəaliyyət kimi yanaşırdılar.

1990-cı illərdə Cargo, industriyanın başlıca təməli olaraq canlandı. Sektorun yenidən dirçəlməsində katalizator rolunu  FedEx, DHL, TNT və UPS kimi exspress çatdırılmalar edən şirkətlər və həm də istehsal sektorunda tətbiq edilən dəyişikliklər oynamışdır. 1992-ci ildə, FedEx şirkəti minlərlə müştəriyə, oz əməliyyat sistemlərində yüklərinin çatdırılmasını izləyə bilmək üçün kompüter disklərində proqram təminatını göndərir. Son illərdə internetin inkişafı aviadaşımaların təhlükəsizliyini və əlçatan olmasını daha da yüksəltmişdir. Əksər aviakompaniyalar öz müştərilərinə, real zamanda reys statusu, bron variantları və izləmə imkanları təklif edirlər. Bundan əlavə, aviaşirkətlər hər göndərişi müşayət edən kağız sənədləşmərinin miqdarını azaldılması məqsədilə, aviaqaimə kimi sənədlərin elektron tətbiqinə başlamışdır.

Bütün istiqamətlərdə

İmport və Eksport

Qapıdan qapıya