HAQQIMIZDA

Redbridge Trans nəqliyyat və logistika istiqamətində keyfiyyətli tərəfdaşdır. 2 ölkədə fəaliyyət göstərən ofislərimiz və partnyorlar və agentlərdən ibarət beynəlxalq şəbəkə sayəsində biz həqiqi global oyunçuya çevrilə bilmişik. Buna görə də dünyanın hər bir nöqtəsinə xidmətlərimizi təklif edə bilirik.

2
DÜNYADA OFİSLƏRİMİZİN SAYI
12
ƏMƏKDAŞLARIMIZ
24000
İLLİK YÜK HƏCMİ

Satınalma logistikasından, ünvana çatdırılmaya qədər kompleks loqistik və nəqliyyat faliyyəti işimizin əsasını təşkil edir.

 

 

NİYƏ REDBRIDGE TRANS ?

Çünki biz sizinlə birlikdə qazanmaq niyyətindəyik. Nəqliyyat, istənilən biznes fəaliyyətində  məhsulun maya dəyərinin formalaşmasında  əhəmiyyətli  faktorlardandır. Siz logistikanı işin asan bir hissəsi kimi düşünə bilərsiniz. Lakin, uzun illərdən bəri formalaşan təcrübəmiz göstərir ki, mövcud olan çoxsaylı alternativ daşımalar içində ən doğru, zamanında və optimal seçim yolu ilə, siz yükünüzü vaxtında daşımaqla yanaşı, həm də böyük miqdarda pul vəsaitinə qənaət edə bilərsiniz. Çox güman ki, siz yalnız əsas iş fəaliyyətinizə diqqət yetirib və biznesin nəqliyyat hissəsinə kifayət qədər vaxt və səy sərf etməsəniz böyük miqdarda vəsait itirilməsinin qarşısını alacağınızı zənn etmirsiniz. Beləliklə, nəqliyyatda potensial itkilərdən və mümkün problemlərdən qorunmaq üçün sizinlə əməkdaşlıq etməyə hazırıq. Siz böyüdükcə, biz də inkişaf edəcəyik.

Gəlin, birlikdə böyüyək!

REDBRIDGE TRANS öz xidmətlərini yalnızca Azərbaycan və Gürcüstan hüdudlarında deyil eyni zamanda beynəlxalq səviyyədə Avropa,Türkiyə, Rusiya və MDB, Asiya və Yaxın Şərq ölkələrində də təklif edir. İllərin iş təcrübəsi yüksək keyfiyyətli nəqliyyat vasitələrimiz və ən əsası pəşəkar yanaşma sayəsində öz xidmətlərimizi beynəlxalq səviyyədə göstərməyə nail olmuşuq. Bizim məqsədimiz – müştərilərə yüklərin daşınmasının təşkili ilə bağlı bütün problemlərin həllində yardım etmək və yüklərin maksimum təhlükəsizliyini və qorunmasını təmin etməkdir

Şirkətimiz həmçinin, İran, Türkiyə və Ukraynada  bir çox beynəlxalq yük daşıma şirkətləri ilə işgüzar əməkdaşlıq və agentlik münasibətləri yaratmışdır.

Biz eyni zamanda Gürcüstandakı nümayəndəliyimizdə öz nəqliyyat xidmətlərimizlə qarşınızdayıq.

Daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.

Etibarlılıq və löyallıq prinsiplərilə uzunmüddətli münasibətlərin qurulmasına dəqiqliklə yönələn bütün fəaliyyətimizin mərkəzində müştərilərimiz dayanır. Biz ünsiyyəti dəyərləndiririk və müştərilərimizə onların ehtiyaclarını öyrənərək, biznes arzularını özümüzkü kimi nəzərə alaraq xidmət edirik.

Mükəmməlliyə doğru vahid sadiqliyi böluşərək və məqsədlərimizi reallaşdırmaq üçün komanda halında çalışıraq, fəaliyyətimizdə olan gözləntiləri belə aşmağa can atırıq. Sektorda ön sıralara imza atdığımızdan qürur duyuruq. Yaradıcılıq və yeniliklər üzərində hərəkət etməklə, bizi başqalarından fərqləndirən ideyalar və çıxış yolları yaradaraq, innovasiyaları korporativ ruhumuzun hərəkətverici qüvvəsi kimi əsas tutaraq irəliləyəcəyik.

Rəqabətli bazar mühitində uğur qazanmaq üçün son hədəflərimizin ən effektiv yolla əldə olunmasına diqqət yetiririk. Əməkdaşlarımız ümumi viziona və dəyərlərimizə sadiqdirlər və məsuliyyət daşıyırlar. Bu, bizim uğurumuzun təməl daşları olan, onların bilikləri, işlərinə bağlılıqları və Redbridge Trans-a olan inamları ilə təsdiq olunur.

Biz işimizə ehtiras gətiririk. Harada olmasından asılı olmayaraq, əməkdaşlarımız Redbridge Trans-ı özününkü olaraq görürlər və yüksək səviyyədə müvəffəqiyyətə və müştəri məmnuniyyətinə nail olmaq üçün dünya səviyyəli çıxış yolları təklif etməyə çalışırlar. Biz əməkdaşlarımızın öz məqsədlərinə nail olması üçün, doğru qərarlar qəbul etmək məqsədilə, onlara dəstək verərək və onlara güvənərək töhfələrində iddialı olmağı olmağı təşviq edirik.

Bizim xidmətlərimiz, həyatın xilası və cəmiyyətin xeyrinə olaraq insanların rifah halının yaxşılaşdırılması naminə, bizi bənzərsiz bir pilləyə yüksəldir. Biz bu məsuliyyəti diqqətlə nəzərdən keçiririk və dünyaya nüfuz edə bilən nəqliyyat xidmətləri göstərərək, insanlığa ən yaxşı şəkildə xidmət etməyə çalışırıq.

Redbridge Trans LLC
Azər Əhmədov
Azər Əhmədov
Biznesin İnkişafı Departamnetinin Direktoru
Redbridge Trans LLC
Irma Adamaşvili
Irma Adamaşvili
Maliyyə Direktoru
Redbridge Trans LLC
Zurab Şubladze
Zurab Şubladze
Logistika Departamentinin Direktoru
Redbridge Trans LLC
Elmar Nuri
Elmar Nuri
Kommersiya Direktoru

MISIYA

Biz hesab edirik ki, yüklərin dünyanın istənilən nöqtəsinə və istənilən zamanda nəqliyyatı hüququ, əsas insan hüquqlarından biridir. Misiyamız, bütün işlərimizdə innovasiya və mükəmməlliyi stimullaşdırmaq yolu ilə, müştərilərimizin, tərəfdaşlarımızın, səhmdarlarımızın və əməkdaşlarımızın ehtiyaclarına uyğunlaşmaq və cavab verməkdir.

Biz müştəriləmizin tələblərinə uyğunlaşan, dünya səviyyəli innovativ və etibarli xidmət və çıxış yolları təklif etməyə və cavabdeh, çevik və löyal olmağa, keyfiyyətin yüksək standartlarında öncül olmağa can atırıq.

VIZION

Xidmətlərimizə innovasiyaları tətbiq etməklə və həyatı gözəllədirən və xilas edən təşkilatlara logistik çıxış yolları təklif etməklə, şirkətimizin miqyasını və əhatə dairəsini genişləndirmək bizim mühüm vizionumuzdur.

İDARƏ HEYƏTİ

IrmaIrma Adamaşvili

Maliyyə Direktoru 

 

 

irma@redbridgetrans.com

AzerAzər Əhmədov

Biznesin İnkişafı Departamentinin Direktoru

 

 

azer@redbridgetrans.com

ZurabZurab Şubladze

Loqistika Departamentinin Direktoru

 

 

zurab@redbridgetrans.com

Elmar Nuri

Kommersiya Direktoru

 

 

elmar@redbridgetrans.com

ÇEVİK LOGİSTİKA KOMPANİYASI

Dünyanın istənilən nöqtəsinə çatdırılma və sürətli çatdırılma

Biz sizin sürətli və səmimi nəqliyyatçınızıq

Məxfiliyin təminatı

Sizin informasiyanızın məxfiliyinə təminat veririk